22:58
18°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyada gözlənilən sammiti çərçivəsində ÇXR-in Sədri Si Cinpinlə ikitərəfli görüş keçirmək niyyətindədir. Halbuki o, son vaxtlara qədər bunun tamamilə əksini iddia edirdi.
Moderator.az xəbər verir ki, bu faktı ABŞ-nin maliyyə naziri Skot Bessent etiraf edib.
O, "APEC-in oktyabrın sonu, noyabrın əvvəlində Koreya Respublikasında keçiriləcək zirvə görüşü çərçivəsində Çin və ABŞ liderlərinin görüş planları qüvvədə qalırmı?" sualını cavablandırarkən deyib: "Bildiyimə görə, Prezident Tramp əvvəlki kimi iştirak etmək niyyətindədir. Düşünürəm ki, onların əla münasibətləri var".