Dünya
932
15 Oct 2025 | 18:40

"Rusiya Avropaya zərbə endirməyə hazırlaşır" - Polşa XİN rəhbəri

"NATO-nun hava müdafiəsində xaos hökm sürür..."

Polşan xarici işlər naziri Radoslav Sikorski Avropanı açıq şəkildə xəbərdar edib: Rusiya yalnız Ukraynaya deyil, qitənin dərinliklərinə də zərbə endirə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, Sikorski şərq cinahında "dron divarı" kimi müdafiə sistemlərinin yaradılmamasını "tam məsuliyyətsizlik" adlandıraraq Avropanı kursu qorumağa çağırıb. O, həmçinin ABŞ-dan Ukraynaya "Tomahawk" raketləri verilməsini gözlədiyini bildirib və Avropanı ən azı üç il Ukraynanı dəstəkləməyə hazırlıqlı olmağa çağırıb. Nazir vurğulayıb ki, Kiyev bu müharibəni üç illik dövrə hesablayıb və Qərb Putinə göstərməlidir ki, geri çəkilmək niyyətində deyil.

NATO hava müdafiəsində xaos

"Politico" nun hesabatına görə, NATO daxilində hava müdafiəsi koordinasiyasında ciddi problemlər mövcuddur. Artan dron və qırıcı təyyarə pozuntularına baxmayaraq, Alyansın ən yüksək hərbi komandanı - ABŞ generali Aleksus Qrinkeviç milli məhdudiyyətlər səbəbindən tam səlahiyyətlərlə hərəkət edə bilmir. Bu məhdudiyyətlər bəzi ölkələrin qüvvələrinin təcili reaksiya verməsini gecikdirir

Belçika, Almaniya, Polşa və Estoniya hava məkanına təcili müdaxilə

Son həftələrdə Belçika, Almaniya, Danimarka, Norveç, Rumıniya və Polşa səmasında naməlum dronlar və rus hərbi təyyarələri aşkar olunub. Estoniyanın hava məkanına daxil olan MiQ-31-lər NATO-nu təcili müdaxiləyə məcbur edib. Alyans bu təhlükəyə cavab olaraq "Eastern Sentry" proqramı çərçivəsində qırıcıları və PUA-ları şərq cinahına köçürüb, lakin əməliyyatlar hələ də tam koordinasiya olunmayıb. NATO əməliyyatları "yamaqlı yorğan" kimi qeyri-müntəzəm qalır.

NATO daha geniş səlahiyyətlərə ehtiyac duyur

Ekspertlər bildirir ki, NATO SACEUR, yəni Alyansın Avropadakı ali komandanı üçün daha geniş manevr səlahiyyətləri təmin etməlidir. Şərq cinahı və Baltik regionunda hava müdafiəsini gücləndirmək üçün çoxsəviyyəli sensor şəbəkəsi və süni intellekt əsaslı idarəetmə sistemi qurulmalıdır. ABŞ və müttəfiqlər kəşfiyyat və koordinasiya sahəsində dəstək versə də, effektiv müdafiə üçün milli məhdudiyyətlərin aradan qaldırılması labüddür.

Avropa hələ tam hazır deyil

Polşa xəbərdarlıq edir, NATO hazırlıq görür, amma hələ tam birliyə nail olynmayıb. Rusiya isə səmada yoxlayıcı manevrlərini davam etdirir. Avropanın əsas sualı belədir: təhlükəni hələ də ehtimal kimi görəcək, yoxsa onu qaçılmaz reallıq kimi qəbul edib ciddi hərəkətə keçəcək?

Link kopyalandı!
Son xəbərlər