Şumaxerin evində ona baxan tibb bacısına təcavüz edilib
Dünya
272
17:10, Bu gün

Şumaxerin evində ona baxan tibb bacısına təcavüz edilib

Avstraliyalı avtomobil yarışçısı, yeddiqat "Formula-1" çempionu Mixael Şumaxerə baxan tibbi briqadanın tərkibində olan tibb bacısı cinsi təcavüzə məruz qalıb.

Moderator.az xəbər verir, bu barədə "24 Heures" məlumat yayıb.

Qeyd olunur ki, cinayətdə Şumaxerin yaxın ailə dostu ittiham edilir.

İstintaq materiallarına görə, hadisə 23 noyabr 2019-cu ildə Qlandda ailə evinin ikinci mərtəbəsindəki yataq otağında baş verib. Məlumata görə, tibb bacısı iş növbəsindən sonra spirtli içki qəbul edib və özünü pis hiss etməyə başlayıb. Təqsirləndirilən şəxs və fizioterapevt onu personal üçün nəzərdə tutulmuş otağa aparıb və yatağa uzandırıblar. Daha sonra təqsirləndirilən şəxs geri qayıdıb və huşsuz vəziyyətdə olan qadını iki dəfə zorlayıb.

Cinayət işi 2022-ci ilin yanvarında qaldırılıb.

2013-cü ilin dekabrında Şumaxer dağ xizəkçiliyi ilə məşğul olan zaman başından ağır travmalar alıb. Qeyd olunur ki, hazırda o, sərbəst şəkildə hərəkət edə və ünsiyyət qura bilmir.

Link kopyalandı!
Son xəbərlər