Pakistan və
Dünya
1557
15 Oct 2025 | 17:37

Pakistan və "Taliban" 48 saatlıq atəşkəs barədə razılaşıblar - VİDEO - YENİLƏNİB

Pakistan Əfqanıstanın xahişinə əsasən "Taliban" rejimi ilə 48 saatlıq atəşkəsə razılıq verib.

Moderator.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Taliban" rejiminin xahişi ilə və qarşılıqlı razılıq əsasında Pakistan və "Taliban" bu gün axşam saat 18:00-dan etibarən qüvvəyə minəcək 48 saatlıq müvəqqəti atəşkəs barədə razılığa gəliblər", - qurumun bəyanatında bildirilib.

Bu müddət ərzində tərəflər konstruktiv dialoq keçirməyi razılaşdırıblar.

16:50

Pakistan Əfqanıstanın paytaxtı Kabilə raket zərbəsi endirib.

Moderator.az xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Əfqanıstan və Pakistan qüvvələri arasında yeni döyüş əməliyyatları nəticəsində ən azı 12 mülki əfqan həlak olub.

Gərginlik İslamabadın Əfqanıstandakı "Taliban" administrasiyasından Pakistana hücumlara başlayan döyüşçülərə qarşı tədbirlər görməsini tələb etməsindən sonra başlayıb. Pakistan onların Əfqanıstan ərazisində gizli sığınacaqlarda fəaliyyət göstərdiklərini iddia edir. "Taliban" isə Əfqanıstanda belə döyüşçülərin varlığını inkar edir.

Link kopyalandı!
Son xəbərlər