Fələstin Prezidenti Mahmud Abbas üç ay ərzində milli konstitusiyanın ilkin layihəsini hazırlamaq barədə göstəriş verib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun xüsusi elçisi və keçmiş baş naziri (2019-2024) Məhəmməd Ştaye bəyan edib.
"İndi biz Fələstin muxtariyyətini Fələstin dövlətinə çevirəcəyik", - o, Cenevrədə BMT-də akkreditə olunmuş jurnalistlər assosiasiyası üçün keçirilən brifinqdə bildirib.
Xatırladaq ki, oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün İsrail girovlarının azad edilməsi münasibəti ilə çağırılan "Sülh Sammiti" keçirilib. İclas zamanı ABŞ Prezidenti Donald Tramp, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri şeyx Təmim bin Həməd ət-Tani Fələstin anklavında atəşkəsə dair yekun saziş imzalayıblar.