Ermənistanda həbs edilən din xadimlərinin sayı səkkiz nəfərə çatdı
Dünya
297
16:45, Bu gün

Ermənistanda həbs edilən din xadimlərinin sayı səkkiz nəfərə çatdı

Ermənistan İstintaq Komitəsi daha iki keşişi saxlayıb. Bununla da saxlanılan din xadimlərinin ümumi sayı səkkizə çatıb.

Moderator.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə keşişlərin vəkili Armine Fanyan bildirib.

O deyib ki, digər iki din xadimi - Narek Sarkisyan və Sarkis Sarkisyan haqqında məlumat yoxdur. Onları evlərindən aparıblar.

Oktyabrın 15-də səhər saatlarında Ermənistan İstintaq Komitəsinin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Erməni Apostol Kilsəsinin Araqatsotn Yeparxiyasının başçısı, yepiskop Mkrtiçın ( dünyəvi adı Ayk Proşyan - red.) evinə, habelə onun iqamətgahına, eyni yeparxiyadan olan digər keşişlərin evlərinə daxil olaraq onları aparıblar. Keşişlərin bir qismi İstintaq Komitəsinin Yerevan şöbəsindədir, lakin vəkillərini onların yanına buraxmırlar. Araqatsotn Yeparxiyasının başçısının hara aparıldığı vəkillərə məlum deyil.

Link kopyalandı!
Son xəbərlər