İstanbulda beş milyonluq OĞURLUQ: Azərbaycanəsilli qarətçilər Qarsda saxlanıldılar - VİDEO
Dünya
486
16:43, Bu gün

İstanbulda beş milyonluq OĞURLUQ: Azərbaycanəsilli qarətçilər Qarsda saxlanıldılar - VİDEO

Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda böyük zərgərlik mağazasından oğurluq edən azərbaycanəsilli qarətçilər 1500 kilometr məsafədə yerləşən Qarsda saxlanılıblar.

Bu barədə Moderator.az "Sabah" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, hadisə 6 oktyabr 2025-ci il tarixində Türkiyə vaxtı ilə saat 09:15-də (Bakı vaxtı ilə 10:15) baş verib.

Qarətçilər "qızıl dəyişdirmək" adı ilə zərgərlik mağazasına daxil olublar, iş yeri sahibini və işçisini amansızcasına döyüblər, təxminən 4.7 milyon lirə (191 min AZN) dəyərində 1 kiloqram qızıl və təxminən 300 min lirə (təxminən 12 min AZN) nağd pul oğurlayıblar.

Daha sonra kirayə götürdükləri avtomobillə hadisə yerindən uzaqlaşıblar. Onlar saxta şəxsiyyət vəsiqələri ilə sərnişin avtobusuna minərək İstanbulu tərk ediblər. Lakin keçirdiyi əməliyyat nəticəsində Qarsda ələ keçirilərək İstanbula gətiriliblər.

Şübhəlilər müvafiq prosedurlardan sonra tutularaq həbsxanaya göndəriliblər.

Şübhəli şəxslərin oğurluq etdiyi hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub.

Ələ keçirilən qarətçilərin daha əvvəl də TIR-dan 2.3 milyon lirə (93 min AZN) dəyərində oğurluq etdikləri məlum olub.

 

Link kopyalandı!
Son xəbərlər