22:21
18°C
Bakı
Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda silahlı hücuma məruz qalmış İran hakimiyyətinə müxalif Məsud Nəzəri ölüb.
Moderator.az xəbər verir ki, məlumatı "Haber Global" yayıb.
Bildirilib ki, oktyabrın 14-də axşam saatlarında Məsud Nəzəri Arnavutköy rayonunun İslambey məhəlləsi Salih küçəsində silahlı hücuma məruz qalaraq yaralanıb. Oktyabrın 15-də isə o aldığı güllə yarasından ölüb.
Hücum edən şəxslər hadisə yerindən qaçıblar. Onların axtarışı davam edir.
Bildirilib ki, Məsud Nəzəri 10 il əvvəl İrandan Türkiyəyə qaçıb.