Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Malatyada keçirilən bölgə qurultayında partiya üzvləri arasında dava düşüb.
Moderator.az "İhlas" xəbər agentliyinə istinadən bildirir ki, Yazıhan bələdiyyəsinin sədri Abdulvahap Göçerin çıxışına bəzi partiya üzvləri kəskin reaksiya veriblər. Nəticədə Göçer tərəfdarları ilə digər partiya üzvləri arasında mübahisə yaranıb. Fikir ayrılığı qısa zamanda yumruq davasına çevrilib.
CHP-nin sədr müavini Ulaş Karasu və xeyli millət vəkilinin iştirak etdiyi toplantıda baş verən davaya asayiş keşikçiləri müdaxilə ediblər. Polis insidentə qarışaraq, tərəfləri sakitləşdirib.
Qalmaqaldan sonra konqres zalında təhlükəsizlik tədbirləri gücləndirilib və tədbir qaldığı yerdən davam etdirilib.