Aİ lideri Serbiyanı üzvlük üçün Rusiyaya qarşı sanksiyalara riayət etməyə çağırıb
Dünya
998
15 Oct 2025 | 16:03

Aİ lideri Serbiyanı üzvlük üçün Rusiyaya qarşı sanksiyalara riayət etməyə çağırıb

Serbiya Avropa İttifaqına üzvlüklə bağlı “dəqiq addımlar atmalıdır” və qanunun aliliyinə hörmət, seçki islahatları, media azadlığı və Rusiya əleyhinə sanksiyalara riayət olunmasını təmin etməlidir.

Moderator.az xəbər verir ki, bunu Serbiyada səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib.

“Xarici siyasətimizdə, o cümlədən Rusiya əleyhinə sanksiyalarda daha böyük uyğunlaşmanı görməliyik”, - Von der Leyen Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə birlikdə keçirdiyi mətbuat konfransında qeyd edib.

Link kopyalandı!
Son xəbərlər