Suriya lideri Bəşər Əsədin ekstradisiyasını tələb etmək niyyətindədir
Dünya
746
15:19, Bu gün

Suriya lideri Bəşər Əsədin ekstradisiyasını tələb etmək niyyətindədir

Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şəraa Moskvaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ölkəsinin sabiq rəhbəri Bəşər Əsədin ekstradisiyasını tələb etmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
 
Bildirilir ki, yeni hakimiyyət Əsədi Suriya xalqına qarşı törətdiyi cinayətlərə görə cəzalandırmaq istəyir.
 
Bundan əlavə, əş-Şəraa Putinlə Tartusdakı Rusiya hərbi-dəniz bazasının və Xmeymim aviabazasının taleyini müzakirə edəcək.
Link kopyalandı!
Son xəbərlər