Bizi sosial şəbəkələrdən izləyin:
İndoneziyada Levotobi Laki-Laki dağında vulkan püskürməsindən sonra külün hündürlüyü 10 kilometrə çatıb.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları xəbərdarlıq səviyyəsini ən yüksək həddə qaldırmağa məcbur olublar.
Məlumata görə, vulkan oktyabrın 15-nə keçən gecə püskürməyə başlayıb və təxminən 9 dəqiqə davam edib. Səhər saatlarında vulkan yenidən püskürüb və təxminən üç dəqiqə ərzində 8 kilometr hündürlükdə kül dumanı əmələ gəlib.
Təbiət hadisəsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrindən insanlar təxliyə ediliblər. Hökumət Maumer şəhərində hava limanını müvəqqəti bağlayıb.