Tiflisdə QALMAQAL: Kobaxidze ATƏT sədrini qəbul etmədi
Dünya
418
11:25, Bu gün

Tiflisdə QALMAQAL: Kobaxidze ATƏT sədrini qəbul etmədi

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə səfərdə olan ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda bildirilib.
 
Məlumatda qeyd olunur ki, “görüşün ləğv edilməsi qərarı Elina Valtonenin qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar yayması səbəbindən verilib”.
 
Qeyd edək ki, Elina Valtonen oktyabrın 14-də Gürcüstana gəlib. Eyni gün o, əvvəlcə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb, daha sonra isə Tiflisdə keçirilən mitinqdə iştirak edərək etirazçılarla danışıb.
Link kopyalandı!
Son xəbərlər