Hindistanda avtobus yandı, 19 nəfər yanaraq öldü
Dünya
860
01:33, Bu gün

Hindistanda avtobus yandı, 19 nəfər yanaraq öldü

Hindistanın qərbində, Rəcastan ştatında Cayşalmer-Codhpur marşrutu üzrə hərəkət edən sərnişin avtobusunda yanğın nəticəsində azı 19 nəfər ölüb, ondan çox insan isə ciddi yanıq xəsarətləri alıb.

Moderator.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Hadisə 57 nəfər sərnişin olan nəqliyyat vasitəsinin qəflətən yanması nəticəsində baş verib. Şahidlərin sözlərinə görə, əvvəlcə avtobusun arxa hissəsindən tüstü çıxıb, sonra isə alov salon boyunca sürətlə yayılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralılar xəstəxanalara çatdırılıb.

İlkin məlumatlara görə, yanğının səbəbi qısaqapanma olub. Hindistan Baş naziri Narendra Modi faciə qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara maddi kompensasiyaların veriləcəyini açıqlayıb.

 

(Lent.az)

Link kopyalandı!
Son xəbərlər