04:17
14°C
Bakı
İsrail hökuməti oktyabrın 15-də Misir-Qəzza zolağı sərhədindəki "Rəfah" nəzarət-buraxılış məntəqəsini açmamaq və Fələstin anklavına daxil olan humanitar yardımın həcmini məhdudlaşdırmaq qərarı verib.
Moderator.az bu barədə "Ynet" portalına istinadən xəbər verir.
Bildirilir ki, bu qərar HƏMAS hərəkatının israilli girovların cəsədlərini qaytarmaq öhdəliyini pozması ilə əlaqədardır.
Qeyd edilir ki, oktyabrın 13-ü axşam Qəzza zolağından İsrail ərazisinə 28 girovdan cəmi dördünün cəsədi qaytarılıb. İsrail müdafiə naziri İsrael Kats həmin vaxt bunu Qəzza zolağında atəşkəs sazişinin pozulması kimi qiymətləndirmişdi.