ABŞ ordusunun sabiq zabiti:
Dünya
629
14 Oct 2025 | 22:50

ABŞ ordusunun sabiq zabiti: "Tomahavk" raketləri artıq Ukraynadadır"

ABŞ-də "Tomahavk" yerüstü raket sisteminin üç batareyası müəmmalı şəkildə yoxa çıxıb.

Moderator.az xəbər verir ki, bunu mk.ru-ya ABŞ ordusunun keçmiş zabiti, hərbi ekspert Stanislav Krapivnik bildirib.

Onun sözlərinə görə, dörd raket üçün xüsusi zirehli buraxılış qurğusu olan X-MAV ABŞ-də keçirilən sərgidə nümayiş etdirilib.

Hərbi ekspert qanadlı raketlər üçün mobil platformaların artıq Ukraynada ola biləcəyini istisna etməyib.

O, qeyd edib ki, ilk "Tomahavk" raketlərinin Rusiyaya doğru atılıb-atılmayacağı, əsasən, Moskvanın Vaşinqtona göndərdiyi siqnallardan asılıdır.

Ekspert hesab edir ki, hələlik rusiyalı siyasətçilərin mesajları ABŞ-də ciddi qəbul olunmayacaq qədər zəifdir.

ABŞ ordusunun sabiq zabiti: Tomahavk raketləri artıq Ukraynadadır

Link kopyalandı!
Son xəbərlər