İranda casusluqda ittiham edilən iki Fransa vətəndaşına hökm oxunub
Dünya
608
14 Oct 2025 | 22:30

İranda casusluqda ittiham edilən iki Fransa vətəndaşına hökm oxunub

Tehran Məhkəməsi casusluq ittihamı ilə həbs edilən iki Fransa vətəndaşının işinə dair ilkin qərarını açıqlayıb.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Fransanın xeyrinə casusluq, dövlət təhlükəsizliyinə qarşı fəaliyyət və İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan şəxslər ümumilikdə 63 il həbs cəzası alıblar.

Məhkəmə sənədlərinə görə, hər iki müttəhim Fransa kəşfiyyat xidmətinin əməkdaşlarıdır. Təqsirləndirilən şəxslərin adları rəsmi açıqlanmayıb.

Link kopyalandı!
Son xəbərlər