02:25
12°C
Bakı
"15 fələstinli texnokratdan ibarət qrup müharibədən sonra Qəzza zolağını idarə edəcək".
Moderator.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati "Associated Press" agentliyinə deyib.
Nazirin sözlərinə görə, namizədlər artıq seçilib və İsrail tərəfi ilə razılaşdırılıb. Onların adları hələ açıqlanmır.
Əbdülati qeyd edib ki, 15 nəfərdən ibarət "inzibati komitə" HƏMAS da daxil olmaqla, Fələstindəki bütün fraksiyalar tərəfindən təsdiqlənib.
O əlavə edib ki, HƏMAS keçid dövründə heç bir rol oynamayacaq.