Avropa Komissiyası (AK) "Gucci", "Chloé" və "Loewe" moda şirkətlərini 157 milyon avrodan çox cərimələyib. Cəriməyə səbəb şirkətlərin təyin etdiyi yenidənsatış qiymətləri olub ki, bu, Avropa İttifaqının rəqabət qaydalarının pozulması deməkdir.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının press-relizində məlumat verilib.
"AK araşdırması müəyyən edib ki, bu üç şirkət əməkdaşlıq etdikləri müstəqil üçüncü tərəf reteylerlərin imkanlarını məhdudlaşdırıb, moda evlərinin məhsulları üçün öz qiymətlərini təyin edib", - deyə sənəddə bildirilib.
"Bu cür rəqabətəzidd davranış qiymətlərin bahalaşmasına və istehlakçılar üçün seçimin məhdudlaşmasına gətirib çıxarır. Cərimələr ümumilikdə 157 milyon avrodan çox təşkil edib", - deyə AK bəyanatında qeyd edilib.