00:55
11°C
Bakı
ABŞ-ın müttəfiqləri 15 oktyabrda Ukraynaya silah alınması üçün vəsait ayrılması ilə bağlı mühüm bəyanatla çıxış etməyi planlaşdırır.
Moderator.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.
Onun sözlərinə görə, Ukrayna əsasən Avropa tərəfdaşları tərəfindən maliyyələşdirilən PURL proqramı çərçivəsində ABŞ-dan silah almaq imkanına malikdir.
ABŞ rəsmisi əlavə edib ki, proqram “stabil və səmərəli şəkildə” fəaliyyət göstərir.