01:03
11°C
Bakı
Danimarka millisinin sabiq hücumçusu Yon Dal Tomasson İsveç millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Moderator.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.
Məlumata görə, ölkə seçməsi dünya çempionatının seçmə mərhələsində zəif çıxış etdiyinə görə bu qərar verilib.
Xatırladaq ki, İsveç yığması dördüncü turda öz meydanında Kosovoya 0:1 hesabı ilə uduzub və hazırda 1 xalla qrup sonuncusudur.