Madaqaskarda iki illik keçid dövrü elan edildi
Dünya
405
14 Oct 2025 | 21:20

Madaqaskarda iki illik keçid dövrü elan edildi

Madaqaskarda hakimiyyəti ələ keçirən ordunun başçısı, polkovnik Maykl Randrianira yeni seçkilərin keçirilməsinə qədər iki il davam edəcək keçid dövrünün başladığını elan edib.

Moderator.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 11-də Madaqaskarın CAPSAT hərbi qüvvələri paytaxt Antananarivuya yeridilib. Hərbçilərlə hökumət qüvvələri arasında atışma baş verib. Daha sonra isə prezidentin paytaxtı tərk etdiyi xəbəri yayılıb.

Link kopyalandı!
Son xəbərlər