İsrailin təhvil verdiyi fələstinlilərin cəsədlərinin ilk partiyası Qəzzaya gətirilib - VİDEO
Dünya
482
14 Oct 2025 | 20:30

İsrailin təhvil verdiyi fələstinlilərin cəsədlərinin ilk partiyası Qəzzaya gətirilib - VİDEO

İsrail və HƏMAS arasında gedən müharibə zamanı həyatını itirən fələstinlilərin cəsədlərinin ilk partiyası Qəzzaya gətirilib.

Moderator.az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə yerli səhiyyə orqanlarının nümayəndələri məlumat veriblər.

İlkin məlumatlara görə, İsrail HƏMAS ilə əldə olunan razılaşma çərçivəsində ölən girovların qalıqları müqabilində 45 fələstinliin cəsədini təhvil verib.

"The Times of Israel" qəzetinin yazdığına görə, İsraildə 2023-cü il oktyabrın 7-dən bəri həyatını itirən yüzlərlə fələstinlinin cəsədi hələ də qalır.

 

Link kopyalandı!
Son xəbərlər