Luna:
Dünya
327
14 Oct 2025 | 20:20

Luna: "Rusiya ilə müharibə istəmirik"

“NATO ölkələri hələ də Soyuq müharibə davam edirmiş kimi davranırlar, amma ABŞ Rusiyayla müharibə istəmir”.

Moderator.az xəbər verir ki, bu fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Anna Paulina Luna bildirib.

“Niyə NATO ölkələri hələ də elə davranırlar ki, guya Soyuq müharibə bitməyib? NATO-nun bir nömrəli məqsədi sülh olmalıdır. Klinton zamanında Rusiyanın NATO-ya üzvlüyünü dəstəkləmişdi. ABŞ Rusiyayla müharibə istəmir”, – o, X sosial şəbəkəsində yazıb.

Konqres üzvü qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dinc yolla həllinə və Moskva ilə münasibətlərin normallaşmasına sadiqdir:

“Bu, Soyuq müharibə deyil. ABŞ Prezidenti sülh istəyir və mən onu tam dəstəkləyirəm. Kölgədən sülh danışıqlarını pozmağa çalışanlar uğur qazanmayacaqlar”.

Link kopyalandı!
Son xəbərlər