Baburin:
Dünya
347
14 Oct 2025 | 20:15

Baburin: "Yeni dünya nizamında bu ölkələrə yer yoxdur"

“Yeni dünya nizamı ya Rusiya və ABŞ arasında xüsusi strateji münasibətlərə, ya da Çin tərəfindən irəli sürülən qlobal idarəçilik təşəbbüsünə əsaslana bilər, amma bu nizamda Avropa İttifaqı üçün heç bir yer yoxdur”.

Moderator.az xəbər verir ki, bu fikri rusiyalı siyasətçi Sergey Baburin TASS-a açıqlamasında bildirib.

“Birqütblü dünya dağıldı, artıq bərpa olunmayacaq, vəziyyətin necə inkişaf edəcəyini isə demək çətindir. Ola bilsin, Rusiya tərəfinin dəstəklədiyi Çin qlobal idarəçilik təşəbbüsü reallaşdırılmağa çalışılsın, ola bilsin, Rusiya və ABŞ arasında xüsusi strateji münasibətlərə əsaslanaraq qurulsun, amma hər halda, bugünkü Avropa İttifaqı üçün qlobal dünya nizamında yer yoxdur. Xüsusən, Avropa İttifaqı özünü Rusiya Federasiyasının düşməni kimi təqdim etdiyinə görə”, - o qeyd edib.

Link kopyalandı!
Son xəbərlər