00:52
11°C
Bakı
“Bu yaxınlarda İranın infrastrukturunu hədəf alan üç böyük kiberhücum müvafiq orqanların sayıqlığı sayəsində dəf edilib”.
Moderator.az xəbər verir ki, bu barədə İranın Milli Kiberməkan Mərkəzinin rəhbəri Məhəmməd Əmin Ağamiri bildirib.
Qurum rəhbəri zəifliklərin qarşısının alınmasının kibertəhlükəsizliyin ən mühüm məsələlərindən biri olduğunu qeyd edərək, Milli Kiberməkan Mərkəzinin 2023-cü ildə müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş direktivi dərc etdiyini vurğulayıb.
Ağamiri əlavə edib ki, Kiber Polis (FATA) zəiflikləri müəyyən etməyə və hücumun vaxtında müəyyən etməyə imkan verən proqrama start verib və bununla da milli kiberdavamlılığı gücləndirib.