Ərdoğan:
Dünya
363
14 Oct 2025 | 19:59

Ərdoğan: "Çıxış yolu suveren Fələstin dövlətinin yaradılmasıdır"

ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əs-Sisi və Qətər Əmiri Şeyx Təmimlə birlikdə imzaladığımız dördtərəfli bəyanatın bölgəmizdə daimi sülhə gedən yolda yeni bir mərhələ olacağına ümid edirəm.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" platformasındakı paylaşımında qeyd edib.

"Allaha şükürlər olsun ki, bu gün Qəzzada uşaqların üzü gülür, yardım işçiləri şükür səcdəsinə gedir, analar iki ildən sonra ilk dəfə övladlarını bombaların başlarına yağıntı kimi yağacağı qorxusu olmadan küçəyə buraxa bilirlər.

Geridə 68 min şəhid, 170 mindən çox yaralı, dağıdılmış şəhərlər, paramparça olmuş həyatlar, yetim və kimsəsiz uşaqlar qoyub gedən soyqırımın yaratdığı dağıntını tamamilə aradan qaldırmaq bəlkə də heç vaxt mümkün olmayacaq.

Anası, atası, bacısı və ya qardaşı gözləri önündə vəhşicəsinə qətlə yetirilən o günahsız körpələr bu ağrını ömür boyu qəlblərində hiss edəcəklər.

Qəzzanın bərpası yəqin ki, illərlə vaxt alacaq".

Türkiyə Prezidenti hesab edir ki, iki illik ağrı, qətliamdan sonra Qəzzada atəşkəsin təmin olunması olduqca vacib idi: "İndi hamımız birlikdə Fələstinin yaralarını sarımalı, Qəzzanı yenidən ayağa qaldırmalı və qəzzalı qardaşlarımıza can suyu verməliyik. Türkiyə olaraq bunun üçün çalışacaq, prosesin hər mərhələsini yaxından izləyəcəyik".

Ərdoğan onu da qeyd edib ki, çıxış yolu 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, müstəqil, suveren və ərazi bütövlüyünə sahib bir Fələstin dövlətinin yaradılmasıdır.

"İnşallah o gözəl günləri də görəcəyimizə bütün qəlbimlə inanıram", - deyə Ərdoğan əlavə edib.

Link kopyalandı!
Son xəbərlər