Qəzzada atəşkəs pozuldu
Dünya
363
14 Oct 2025 | 19:57

Qəzzada atəşkəs pozuldu

Qəzza zolağının Xan Yunis bölgəsində atəşkəs razılaşması çərçivəsində müəyyən edilən “Sarı xətt”i keçən bir neçə fələstinliyə atəş açıb.

Moderator.az xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.

Məlumata görə, Əl-Fuxari ərazisində baş verən insident nəticəsində bir nəfər həlak olub.

İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd olunur ki, şübhəlilər hərbçilərə birbaşa təhlükə yaradacaq şəkildə yaxınlaşıblar və ordunun daha əvvəl məhv etdiyi HƏMAS silah anbarına daxil olmağa cəhd ediblər.

“Hərbçilər təhlükəni aradan qaldırmaq üçün atəş açıblar, bu da razılaşmaya uyğundur”, - İsrail Ordusu bildirilib.

Açıqlamada həmçinin Qəzza sakinlərinə xəbərdarlıq edilir ki, atəşkəs razılaşması çərçivəsindəİsrail qüvvələrinin yerləşdiyi ərazilərə yaxınlaşmasınlar.

Xatırladaq ki, bundan əvvəl Qəzza zolağında atəşkəsə dair Fələstinin HƏMAS Hərəkatı və İsrail arasında atəşkəs əldə olunduğu açıqlanmışdı.

Link kopyalandı!
Son xəbərlər