00:23
10°C
Bakı
İstanbulun Üsküdar rayonunda rusiyalı oliqarx Roman Abramoviçə məxsus olduğu iddia edilən dəbdəbəli villa havadan görüntülənib.
Moderator.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Onun əvvəlki sahibinin hazırda həbsdə olan Adnan Oktar olduğu qeyd edilir. Daha sonra Abramoviçin villanı satın aldığı vurğulanır.
Xatırladaq ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi əməkdaşlarının 2024-cü ildə Üsküdarda apardığı yoxlamalar zamanı orada icazəsiz tikintinin aparıldığı müəyyən edilmişdi. Bundan sonra villada inşaat işləri dayandırılmışdı.