23:10
12°C
Bakı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviyanın rusiyalıları deportasiya etmək qərarını pisləyib.
Moderator.az xəbər verir ki, TASS-a müsahibəsində Rusiya XİN sözçüsü Riqanın məlum qərarının yaşlılara və xəstələrə münasibətdə qeyri-humanist olduğunu söyləyib.
Diplomat vurğulayıb ki, rusiyalıların Latviyadan kütləvi deportasiyası təhlükəsindən danışmaq hələ tezdir.
Onun sözlərinə görə, Rusiyanın Riqadakı səfirliyi deportasiya ilə üzləşən həmvətənlərə maksimum yardım göstərməyə çalışır.