Ukraynada yaşayan iş adamı Moldovanın baş naziri ola bilər
Dünya
848
14 Oct 2025 | 17:57

Ukraynada yaşayan iş adamı Moldovanın baş naziri ola bilər

Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyası Prezident Maya Sanduya iş adamı Aleksandr Muntyanunun baş nazir postuna namizədliyinin irəli sürülməsini təklif etmək niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə Moldova parlamentin spikeri İqor Qrosu özünün sosial şəbəkə hesabında məlumat verib.

"Fəaliyyət və Həmrəylik Partiyası Konstitusiya Məhkəməsinin parlamentin mandatlarını təsdiq etməsini və Prezident Maya Sandunun parlament iclasını çağırmasını gözləyəcək. Parlament fraksiyaları formalaşdıqdan sonra Muntyanunun namizədliyi ilə bağlı dövlət başçısına müraciət olunacaq", - deyə Qrosu bildirib.

A.Muntyanu moldovalı iqtisadçı və iş adamıdır. O, investisiya fəaliyyəti, beynəlxalq mədəniyyət və təhsil layihələrində iştirakı ilə tanınır. İş adamı heç vaxt siyasi vəzifə tutmayıb və son 20 ildə Ukraynada yaşayıb.

Qeyd edək ki, M.Sandu tərəfindən yaradılan Fəaliyyət və Həmrəylik Partiyası 101 yerlik parlamentdə 55 mandat alıb.

Link kopyalandı!
Son xəbərlər