Brüsseldə iğtişaş: Polis gözyaşardıcı qazdan istifadə etdi, həbs olunanlar var
Dünya
808
14 Oct 2025 | 17:38

Brüsseldə iğtişaş: Polis gözyaşardıcı qazdan istifadə etdi, həbs olunanlar var

Belçikanın paytaxtı Brüsseldə polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, minlərlə insan ölkədə həyat səviyyəsinin aşağı düşməsinə etiraz edərək, mitinqə qoşulub.

Genişmiqyaslı etiraz aksiyası zamanı icazə verilən marşrutun bir neçə nöqtəsində polis kordonlarını yarmağa cəhd olunub. Paytaxtın mərkəzində lokal toqquşmalar da baş verib.

Məlumata görə, iğtişaşlar zamanı bir neçə nəfər həbs edilib.

Aksiyanı təşkil edən qurumların məlumatına görə, nümayiş iştirakçılarının sayı 100 min nəfəri keçib.

Link kopyalandı!
Son xəbərlər