02:18
12°C
Bakı
Yaxın Şərq münaqişəsinin nizamlanmasından sonra əhəmiyyətli olan budur ki, beynəlxalq ictimaiyyətin digər regionlarda da sülhün bərqərar olunmasına marağı azalmasın.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
Ağ Evin rəhbəri Donald Trampın israilli girovların Fələstinin HƏMAS hərəkatının əsirliyindən azad edilməsi ilə bağlı uğurlu səylərini alqışlayan Zelenski Ukraynada müharibənin başa çatmasının da ABŞ-nin səylərindən asılı olduğunu vurğulayıb.
"Sülhün yayılmasına marağı itirməmək lazımdır. Bunun üçün həm Birləşmiş Ştatların, həm də digər tərəfdaşların liderliyi son dərəcə əhəmiyyətlidir. Amerikanın düzgün addımları işə yaraya bilər", - deyə Zelenski yazıb.