BMT Qəzzanın bərpası üçün tələb olunan məbləği açıqladı
Dünya
327
17:10, Bu gün

BMT Qəzzanın bərpası üçün tələb olunan məbləği açıqladı

Qəzza zolağının yenidən qurulması 70 milyard dollar xərc tələb edəcək.

Moderator.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Fələstin xalqına yardım proqramı üzrə administratorunun xüsusi nümayəndəsi Yako Silliers bildirib.

"BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərərin və ehtiyacların operativ qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq", - deyə o, Cenevrədə keçirilən brifinqdə vurğulayıb.

Bununla yanaşı, Silliers bərpa işlərinin nə vaxt başa çatacağı ilə bağlı müddəti qiymətləndirməkdən imtina edib.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan təşkilatların vəzifəsi, dağıntıların miqyasını müəyyənləşdirməklə yanaşı, hansı bölgələrin ilk növbədə bərpa edilməsi və səylərin hara yönəldilməsi ilə bağlı prioritetləri müəyyən etməkdir.

"Ehtimal ki, bütün ərazilər bərpa edilməyəcək", - deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 6-da İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqları yenidən başladıblar. Oktyabrın 9-da münaqişə tərəfləri ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş sülh planının birinci mərhələsinin həyata keçirilməsi haqqında saziş imzalayıblar. Qəzzada atəşkəs haqqında saziş 10 oktyabrda qüvvəyə minib.

Link kopyalandı!
Son xəbərlər