"BMT konvoyu, xəstəxanələr və enerji infrastrukturu eyni gecədə hədəfə çevrilib..."
Rusiya ordusu Ukraynada təkcə hərbi obyektlərə deyil, artıq açıq şəkildə humanitar missiyalara və dinc əhaliyə qarşı sistemli müharibə aparır.
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
Rusiyanın humanitar konvoya qarşı yeni hücumu
Məlumatda deyilir ki, Xerson vilayətində BMT-yə məxsus avtomobillərin olduğu humanitar karvanın vurulması bunun son və ən cılız nümunəsidir. BMT konvoyunun atəşə tutulması beynəlxalq ictimaiyyət üçün şok effekti yaradıb.
Belozersk icmasına daxil olan və üzərində açıq şəkildə humanitar nişanlar olan dörd avtomobildən ikisi dron və artilleriya ilə vuruub. Biri tam yanıb, digəri yararsız hala düşüb.
Xoşbəxtlikdən ölən olmayıb, lakin Ukrayna rəsmiləri bu hadisəni "humanitar sistemə qarşı terror aktı" kimi qiymətləndirir. Xarici işlər naziri Andrey Sibiqa BMT dövlətlərini Rusiyanın bu addımını sərt şəkildə pisləməyə çağırıb.
Xarkovda xəstəxana vurulub, yüzlərlə pasiyent təxliyə edilib
Eyni günün axşamı Xarkov şəhərində yerləşən xəstəxananın ərazisinə aviasiya bombası düşüb. Dörd nəfər yaralanıb, xəstəxanada olan 57 pasiyent təcili olaraq başqa tibb müəssisəsinə köçürülüb.
Zərbə təkcə xəstəxananı deyil, yaxınlıqdakı yataqxana, təhsil binası və avtomobilləri də dağıdıb. Dnepropetrovsk və Kirovoqradda da oxşar hücumlar qeydə alınaraq yaşayış evləri, infrastrukturlar və elektrik xətləri sıradan çıxarılıb.
Gecə boyu Ukrayna səmasına 96 dron buraxılıb
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, təkcə bir gecədə ölkəyə 96 kamikadze dronu buraxılıb. Hava hücumundan müdafiə qüvvələri 69-u məhv etsə də, 27 dron müxtəlif regionlarda obyektlərə dəyib.
Xüsusilə enerji sistemi hədəfə alınıb: Kirovoqradda beş kənd işıqsız qalıb, dəmir yolu bağlantılarında gecikmələr yaranıb. Zelenski Qərbdən əlavə hava müdafiə sistemləri tələb edərək bildirib ki, "bu ucuz terror silahına qarşı daha güclü cavab olmalıdır".