20:42
15°C
Bakı
İranın paytaxtı Tehranda yeni “Müqəddəs Məryəm” adlı metro stansiyası inşa edilib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı ölkənin “WANA” agentliyi yayıb.
Xristian dininə aid simvolların təsvir edildiyi yeni stansiya erməni “Müqəddəs Sarkis” kilsəsinin yaxınlığında yerləşir.
Stansiyanın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.
Sosial şəbəkələrdə yeni stansiyadan yayılan görüntülər bəzi istifadəçilər tərəfindən birmənalı qarşılanmasa da, bəzilərinin marağına səbəb olub.
Həmin görüntüləri təqdim edirik: