NATO-nun baş katibi Rusiya təyyarələrinin vurulmasını zəiflik adlandırıb
Dünya
304
16:25, Bu gün

NATO-nun baş katibi Rusiya təyyarələrinin vurulmasını zəiflik adlandırıb

"NATO səmasında Rusiya təyyarələrinin vurulması zəiflik əlamətidir".

Moderator.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Nə qədər ki, rusiyalılar bizə təhlükə yaratmırlar, biz onları ehmalca öz hava məkanımızdan çıxaracağıq. Bu, mütənasib cavabdır - biz Rusiyadan qat-qat güclüyük", - deyə o bildirib.

Rüttenin sözlərinə görə, əgər alyans zəif olsaydı, bəlkə də təyyarələri dərhal vurardı, lakin NATO daha güclü olduğuna görə onun reaksiyası mütənasibdir.

Daha əvvəl Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Aİ-nin hava məkanını pozan Rusiya təyyarələrini vurmağa çağıran qətnamə qəbul edib. Bildirilir ki, bu qətnamə Aİ-nin əlaqələndirilmiş tədbirlər görməsinə imkan verən hər hansı təşəbbüs rəvac verir.

Link kopyalandı!
Son xəbərlər