İranda casusluqda ittiham olunan iki Fransa vətəndaşına hökm oxunub
Dünya
241
16:07, Bu gün

İranda casusluqda ittiham olunan iki Fransa vətəndaşına hökm oxunub

İranda casusluqda ittiham edilən 2 Fransa vətəndaşına hökm oxunub.

Moderator.az İran mediasına istinadən xəbər verir ki, sözügedən şəxslər Fransa və İsrail üçün casusluq etməkdə günahlandırılaraq həbs cəzasına məhkum ediliblər.

Sözügedən şəxslər ayrı-ayrılıqda 30 ildən çox həbs cəzasına layiq görülüblər.

Fransa vətəndaşları Fransanın xeyrinə casusluq, İsraillə kəşfiyyat əməkdaşlığı və ictimai təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq kimi üç ayrı maddə ilə günahlandırılırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl İranda casusluq ittihamı ilə həbs olunan Fransa vətəndaşı Lenard Montrous azadlığa buraxılıb.

O, 12 günlük müharibə dövründə İran əleyhinə casusluq ittihamı ilə həbs edilmişdi.

Link kopyalandı!
Son xəbərlər