ABŞ və Çin arasında mübahisə buğdanın qiymətini çökdürüb
Dünya
493
14 Oct 2025 | 16:05

ABŞ və Çin arasında mübahisə buğdanın qiymətini çökdürüb

Buğdanın qiyməti ABŞ və Çin arasında ticarət əlaqələrinin pisləşməsi fonunda 2020-ci ildən bəri ən aşağı səviyyəyə - bir buşel (38.691 kq) üçün 4.9 dollara düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Bildirilir ki, buğdanın qiyməti ardıcıl olaraq dördüncü gündür ucuzlaşır.

Birləşmiş Ştatların bazar araşdırmaları ilə məşğul olan "Hightower Report" şirkətinin bu barədə hesabatında deyilir: "Dünyada buğdaya tələbat həmişə olacaq, dünya ehtiyatlarının külli miqdarda olması onun son istehlakçılar tərəfindən durmadan satın alınmasına heç bir ehtiyac olmadığını göstərir".

Agentlik, həmçinin qeyd edir ki, ABŞ və Çin arasında əlaqələrin pisləşməsi səbəbindən Birləşmiş Ştatların soya paxlasına tələbatı gözləniləndən az olub.

Oktyabrın 9-da Çin Ticarət Nazirliyi nadir torpaq metallarının və onlarla əlaqəli texnologiyaların ixracına nəzarət tədbirlərinin sərtləşdirilməsi haqqında iki sənəd açıqlayıb. Oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi noyabrın 1-dən və ya daha əvvəl Çin məhsullarına rüsumları 100% artıracaq, həmçinin proqram təminatına ixrac nəzarəti tədbirləri tətbiq edəcək. ABŞ-nin Çindən gələn mallara məcmu tarifləri 130% təşkil edə bilər.

Link kopyalandı!
Son xəbərlər