Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada HƏLAK OLDU
Dünya
536
14:42, Bu gün

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada HƏLAK OLDU

Rusiya-Ukrayna münaqişəsində azərbaycanəsilli şəxs həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu məlumat yayıb.
 
Bildirilib ki, Faiq Faiq oğlu Şofel son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib.
 
O, oktyabrın 12-də həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub.
 
Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir.
 
Onun sözlərinə görə, oktyabrın 16-da səhər saat 10:00-da qəhrəman döyüşçü ilə vida mərasimi Odessadakı "Zabitlər evi"ndə keçiriləcək. Daha sonra dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq.
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər