Bizi sosial şəbəkələrdən izləyin:
ATƏT sədri, Finlandiya xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistanın Minsk qrupunu ləğv etmək qərarını alqışlayıb.
Moderator.az xəbər verir ki, o, ləğvolunma prosesinin bu ilin dekabrına qədər tamamlanacağını bildirib.
Valtonen bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İrəvanda keçirilən birgə mətbuat konfransında deyib:
“Ermənistanın bütün çətinliklərə baxmayaraq, sülh gündəliyini dəstəkləməsini daim qeyd edirik. Mən həmçinin (Azərbaycan və Ermənistanın) Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini alqışlayıram. Ümid edirik ki, bütün bu proses dekabrın 1-dək başa çatacaq”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu (həmsədrləri: Rusiya, ABŞ və Fransa) 1992-ci ildə Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Bu ilin avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə bəyanat imzalamışdı.