Nikolya Sarkozinin həbsxanaya göndəriləcəyi tarix açıqlandı
Dünya
243
00:36, Bu gün

Nikolya Sarkozinin həbsxanaya göndəriləcəyi tarix açıqlandı

Fransanın keçmiş Prezidenti Nikolya Sarkozi oktyabrın 21-də həbs cəzasını çəkməyə başlayacaq.

Moderator.az bu barədə "Le Figaro" qəzetinə istinadən xəbər verir.

Məhkəmə onu sentyabrın 25-də seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə beş il müddətinə azadlıqdan məhrum edib.

Sarkozi Parisdəki La-Sante həbsxanasına gətiriləcək. Keçmiş prezident cəzasını birnəfərlik kamerada çəkəcək.

Xatırladaq ki, Sarkozi Fransanın prezidenti postunu 2007-2012-ci illərdə tutub.

Ona qarşı istintaq 2013-cü ildə başlayıb. Məhkəmə müəyyən edib ki, siyasətçinin prezidentlik kampaniyası Livan hökuməti tərəfindən qanunsuz şəkildə maliyyələşdirilib.

Sarkozi günahını etiraf etməyib.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər