01:23
18°C
Bakı
Qəzza zolağındakı İsrail qüvvələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə girovların qalıqlarının olduğu 4 cənazəni qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər şəxsiyyətlərini müəyyənləşdirmək üçün onları İsrail ərazisinə aparır.
Onların adları hələlik açıqlanmayıb.
Qurum ictimaiyyəti səbirli olmağa və Milli Məhkəmə Ekspertizası Mərkəzində şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlanmasını gözləməyə çağırıb.
Bundan əvvəl Əl-Qəssam qrupu (Fələstin HƏMAS hərəkatının hərbi qanadı) bazar ertəsi dörd girovun meyitini təhvil verəcəyini təsdiqləyib. İsrail ölən 28 girovdan yalnız dördünün meyitini qaytardığına görə HƏMAS-a narazılığını bildirib.