01:08
18°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının bərpasının artıq başladığını və bir çox dünya dövlətinin onu maliyyələşdirməyə hazır olduğunu bildirib.
Moderator.az "Vedomosti" nəşrinə istinadən xəbər verir ki, o bu açıqlamanı Misirdə Qəzza üzrə sülh sazişinin imzalanmasından sonra çıxışında verib.
"Bərpa, ehtimal ki, ən asan hissə olacaq. Ən çətin hissəni artıq həll etdiyimizə inanıram, çünki qalan hissə tədricən öz yerinə oturacaq. Böyük sərvət, güc və ləyaqətə malik bir çox ölkə Qəzzanın bərpasına kömək etmək və bunun üçün lazım olan bütün vəsaiti ayırmaq istəyi ilə bu gün və keçən həftə ərzində mənə müraciət ediblər" , - deyə Tramp bildirib.
O vurğulayıb ki, Qəzzada döyüş əməliyyatları bitdikdən sonra anklava humanitar yardım axını başlayıb.