Madaqaskar Prezidenti ölkədəki iğtişaşlardan sonra yoxa çıxıb
Dünya
275
13 Oct 2025 | 22:35

Madaqaskar Prezidenti ölkədəki iğtişaşlardan sonra yoxa çıxıb

Madaqaskar Prezidenti Andri Radzuelina bir həftədən çoxdur ictimaiyyət qarşısına çıxmayıb və onun hazırkı yeri naməlum olaraq qalır.

Moderator.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Hind okeanında yerləşən ada dövlətinin təhlükəsizlik naziri Mandimbini Ayna Randriambelo məlumat verib.

Radzuelinanın günün sonunda xalqa müraciət edəcəyi gözlənilirdi.

Ölkədə vəziyyət gərgin olaraq qalır. Bunun səbəbi prezidentin istefasını tələb edən etirazçıların tərəfinə keçən nüfuzlu hərbi bölmələrdən birinin hərbi kompleksi nəzarətə götürməsidir. Bu hadisə, böhranın dövlət çevrilişinə çevriləcəyi ilə bağlı narahatlıqları artırıb.

Fransanın RFI radiosunun məlumatına görə A. Radzuelina ölkədən Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə çıxarılaraq əvvəlcə Mavrikiyə, daha sonra isə Dubaya aparıldığı ehtimal olunur. Rəsmi Paris isə bu məlumatları təkzib edib və hər hansı müdaxilənin olmadığını bildirib.

“Paris nə müdaxilə edib, nə də etməyi planlaşdırır. Biz Madaqaskarın suverenliyinə tam hörmətlə yanaşırıq”, – deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər