ABŞ lideri:
Dünya
225
13 Oct 2025 | 22:30

ABŞ lideri: "Qəzzada çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq"

"Qəzzaya çoxlu pul gələcək və çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq".

Moderator.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donal Tramp Yaxın Şərq Sülh Sammiti sonrası yekun bəyanatında deyib.

O bildirib ki, bu yenidən qurmaq deyil, əsl quruculuq olacaq.

"Təmizləmə və tikinti işləri aparılacaq. Mən böyük sərvətə, gücə və ləyaqətə malik olan çoxsaylı ölkələrin məhz bu gün və son bir həftə ərzində mənim yanıma gəlib Qəzzanın yenidən qurulmasına kömək etmək istədiklərini, lazım olan hər şeyə hazır olduqlarını bildirməkdən məmnunam. Bu, əlbəttə ki, çox puldur, lakin nəhəng ölkələrin sərvəti ilə müqayisədə böyük deyil", - deyə Tramp əlavə edib.

Link kopyalandı!
Son xəbərlər