Zelenski Trampla görüşəcəyini təsdiqləyib
Dünya
387
13 Oct 2025 | 22:17

Zelenski Trampla görüşəcəyini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin cümə günü ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyini təsdiqləyib.

Moderator.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bu həftə Vaşinqtonda Prezident Tramp ilə görüşəcəyəm. Hesab edirəm ki, prezidentə təklif etmək istədiyim addımlar ardıcıllığını müzakirə etməliyik”, – deyə Zelenski vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər