"Bu, Trampın narkotiklərdən başı açılmayan təlxəklə uzanan görüşlərinin nəticəsidir..."
Kreml rəsmisi, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-a və şəxsən prezident Donald Trampa qarşı açıq təhdidlər səsləndirib.
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ua" nəşri yazıb.
Nəşr qeyd edir ki, Medvedevin bu çıxışına səbəb ABŞ prezidentinin son bəyanatları olub. O, xəbərdarlıq edib ki, əgər Putin Ukraynaya qarşı müharibəni tənzimləməsə, nəticələrin onun üçün pis olacaq.
"Tomahawk" raketləri ilə bağlı xəbərdarlıq
Medvedev "Teleqram" hesabında yazıb: "Yenə də bir daha xəbərdarlıq edirəm. Əgər "biznes-sülhməramlısı" "Tomahawk" raketlərindən danışırsa, fikir səhvdir. Bu raketlərin tədarükü hamı üçün pis nəticələnə bilər. Ən başlıcası isə Tramp üçün".
O, əlavə edib: "Yüz dəfə aydın şəkildə deyilib - uçuş zamanı "Tomahawk"ların nüvə variantını adi variantdan fərqləndirmək mümkün deyil. Onları atacaq tərəf benderçi Kiev yox, məhz ABŞ olacaq. O zaman Tramp Rusiyaya necə cavab verəcək? Bax, məsələ bundadır".
Medvedev çıxışını istehzalı notla tamamlayıb: "Ümid edək ki, bu yenə də yalnız boş bir təhdiddir, narkotiklərin təsirindən başı dumanlı təlxəklə uzanan danışıqların nəticəsidir. Atom sualtı gəmilərini Rusiyaya yaxınlaşdırmaq məsələsi kimi. Bilirsiniz, necə olur: sualtı gəmi Ukrayna düzlərində üzə çıxır".
ABŞ-ın cavabı və Trampın mövqeyi
Xatırladaq ki, bundan əvvəlki birbaşa müharibə təhdidlərinə cavab olaraq ABŞ prezidenti Donald Tramp tədbir görüb: əgər təxribatçı bəyanatlar ciddi hərəkətə çevrilsə, buna hazır olmaq üçün "uyğun yerlərdə" iki atom sualtı gəmi yerləşdirilməsini əmr edib.
Bir həftə əvvəl Tramp bildirib ki, Ukraynaya uzunmənzilli "Tomahawk" raketlərinin tədarükü barədə qərar demək olar ki, qəbul edilib. "Tomohawk" raketlərinin uçuş məsafəsi 1250-2500 km-dir. Sentyabrın sonunda Zelenski Trampdan bu raketləri istəyib ki, Rusiya hökumətini müharibəni dayandırmağa məcbur etsin.
Kremlin narahatlığı və Peskovun şərhi
Kreml "Tomahawk" raketlərinin Ukraynaya tədarükü imkanına görə "son dərəcə narahatdır", - Putinin sözçüsü Dmitri Peskov Kreml təbliğatçısı Pavel Zarubinə bildirib. Peskov vurğulayıb:
"Prezident Putin artıq bunu qeyd edib. Bu, xüsusi bir silahdır. Nüvə variantı da, adi variantı da ola bilər. Uzaq məsafəli, ciddi silahdır, lakin döyüş xətlərində vəziyyəti dəyişdirə bilməz. Amma indi gərginliyin hər tərəfdən artırıldığı çox dramatik bir an yaşanır".