02:58
17°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında müharibəyə son qoymağa yönəlmiş 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin icrasının artıq başladığını bəyan edib.
Moderator.az CNN-ə istinadən xəbər verir ki, o bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı məlumat verib.
Sazişin növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı danışan Tramp "Bizim nöqteyi-nəzərimizə görə, bu, artıq başlayıb", - deyə bildirib.
Xatırladaq ki, Misir, Qətər, ABŞ və Türkiyə liderləri Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində Qəzzada yekun atəşkəs sazişini imzalayıblar.