“Kimsə inanmırdı, amma etdik”
Dünya
355
13 Oct 2025 | 21:00

“Kimsə inanmırdı, amma etdik”

ABŞ Prezidenti Donald Tramp Qəzza mövzusunda keçiriləcək sammitdə iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə gedib.

Moderator.az xəbər verir ki, o, şəhərə çatdıqdan sonra verdiyi ilk açıqlamada Qəzza ilə bağlı danışıqların ikinci mərhələsinə start verildiyini bildirib.

Sammit öncəsi ABŞ Prezidenti Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşüb. Görüşdə regional təhlükəsizlik məsələləri, Qəzza razılaşmasının davamlılığı və İranla bağlı vəziyyət müzakirə olunub.

İran barədə danışan Tramp bu ölkənin dəstəyə ehtiyacı olduğunu və yeni razılaşma imzalamaq istədiyini qeyd edib:

“İranın nüvə obyektlərinə zərbə endirilməsəydi, Qəzza razılaşması da mümkün olmazdı”.

ABŞ Prezidenti əlavə edib ki, Qəzza ilə bağlı əldə olunan razılaşmaya 35 ölkə dəstək verib:

“Kimsə Orta Şərqdə sülhün mümkün olacağına inanmırdı, amma biz bunu təmin etdik”.

Link kopyalandı!
Son xəbərlər